AUT.AZ

Rusiyalı futbolçu “Qalatasaray”dan təklif alıb, amma…

Moskva “Dinamo”nun futbolçusu Fyodr Smolov karyerasını Türkiyə çempionatında davam etdirə bilərmiş

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “Qalatasaray” maraqlı olub. İstanbul nəhəngi yayda ona təklif də göndərib.

Smolova  iki illik müqavilə təklif olunub. Ancaq futbolçu avqustda ağır zədə aldığı üçün bu transfer baş tutmayıb.

Hücumçu cari mövsümdə “Dinamo”nun heyətində 14 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version