AUT.AZ

Rusiya və Belarusa qarşı sanksiya uzadıldı

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Ukraynada münaqişə başlayandan sonra Rusiya və Belarus idmançılarına qarşı tətbiq edilən sanksiyaların uzadıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, Bax bunu Milli Olimpiya Komitələri Assosiasiyasının Seulda keçirilən Baş Assambleyasındakı  çıxışı zamanı deyib:

“Çözümsüz bir dilemma ilə üz-üzəyik. İndi biz olimpiya missiyamızı tam yerinə yetirə bilmirik. Bu missiya idmançıları qorumaq və bütün dünyanı idman yarışları ilə birləşdirməkdir. Biz həmişə bir ölkənin idmançılarının siyasi səbəblərdən başqa ölkənin idmançıları ilə yarışmaqdan imtina etməsinin əleyhinə olmuşuq.

Ancaq hazırda missiyamızı davam etdirməyin yeganə yolu idmançılara pasportlarına görə yarışmamağı tövsiyə etməkdir. Biz bu addımı beynəlxalq idman sistemini tamamilə siyasiləşmədən qorumaq üçün atdıq. İdmanın, hazırda dünyada çox populyar olan başqa bir sanksiya alətinə çevrilməsindən qaçmalıyıq.

Hər kəs bilməlidir ki, gələcəkdə bundan əziyyət çəkə bilər. Amma biz öz dəyərlərimizi qətiyyətlə müdafiə edəcəyik, tədbirlərimizi və sanksiyalarımızı pisləyən təbliğat maşınının tələsinə düşməyəcəyik. Tövsiyələrimizə əməl etməyə davam edin”.

Aut.az

 

Exit mobile version