AUT.AZ

Parisdə gender bərabərliyi olacaq

Parisdə keçiriləcək Yay Olimpiya Oyunları tam gender pariteti ilə keçirilən ilk yarış olacaq.

Aut.az xəbər verir ki, bu barədə BOK-un rəhbəri Tomas Baxa  Milli Olimpiya Komitələri Assosiasiyasının ümumi yığıncağı zamanı məlumat verib.

Bax qeyd edib ki, 2024-cü il Olimpiya Oyunları “idmançılara böyük təcrübə təqdim edən innovativ, möhtəşəm, inklüziv oyunlar üçün baxışın” əksi olacaq.

Qeyd edək ki, Paris olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Aut.az

Exit mobile version