AUT.AZ

Onları görəndə qəribə hisslər keçirir, yığmanı arzulayır

“Parma”nın qapıçısı Canluici Buffon karyerasını bitirdikdən sonra məşqçi olmaq niyyətindədir.

Aut.az xəbər verir ki, 44 yaşlı qapıçı İtaliya yığmasının baş məşqçisi olmaq istədiyini də etiraf edib:

“İtaliya yığmasında baş məşqçi postu marağımı cəlb edir. Məşqçi olmağı planlaşdırıram. B Seriyasında keçmiş komanda yoldaşlarımı məşqçi kimi görəndə qəribə hisslər keçirirəm – De Rossi, Qrosso, İnzaqi… Mən isə hələ də oynayıram”.

Buffon cari mövsümdə “Parma”nın heyətində 3 oyunda meydana çıxıb və 5 qol buraxıb.

Aut.az

Exit mobile version