AUT.AZ

Mundialın “kəkilli Tazuni”si  – Foto  

FİFA 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək qadınlar arasında dünya çempionatının rəsmi talismanını təqdim edib.

Aut.az xəbər verir ki, turnirin maskotu Tazuni pinqvini seçilib. FİFA-nın bununla bağlı yaydığı açıqlamada deyilir:

“Tazuni 15 yaşlı yarımmüdafiəçidir. O, çimərlikdə futbol oyandıqdan sonra bu idman növünü sevib. Ağıllı və özünə güvənən Tazuni hər kəsdən saçındakı mavi kəkillə seçilir.

Onun adı, vətəni hesab edilən “Tasmaniya dənizi” və tədbirin əsas dəyəri olan “birlik” (unity) sözlərinin birləşməsindən yaranıb”.

Aut.az

Exit mobile version