AUT.AZ

Milanda 1 milyonluq qarət

“Milan”ın müdafiəçisi Teo Ernandesin evi qarət edilib. Aut.az xəbər verir ki, bu barədə məlumatı “La Gazzetta dello Sport” yayıb. Bildirir ki, hadisə oktyabrın 18-i axşam saatlarında baş verib. Futbolçunun Kassano Manyaqodakı villasına qara kombinezonlu dörd silahlı daxil olub.

Bu zaman Hernandes evdə olmasa da, villada futbolçunun sevgilisi Zoi Kristofoli ilə altı aylıq oğlu olub. Quldurlar qiymətli əşyaları götürərək qaçıblar. Dəymiş ziyanın 1 milyon avro olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, Teo Hernandes 2019-cu ildən “Milan”da çıxış edir. 25 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında 9 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version