AUT.AZ

Messi mətbuata sərmayə qoyacaq

PSJ-in hücumçusu Lionel Messi “Play Time” investisiya şirkəti yaradıb.

Aut.az xəbər verir ki, Leonun idmana, texnologiyaya və mediaya sərmayə qoyacağı qeyd edilir. “Play Time” San-Fransiskoda yerləşəcək və Messinin əsas investisiya vasitəsi olacaq. Şirkət futbol texnologiyaları və ya futbol klubları sahəsində startaplara dəstək də verə biləcək.

Məsələ ilə bağlı Messinin açıqlamasında deyilir:

“Play Time”-ın dünyanın hər yerində sahibkarlarla tərəfdaş olacağına görə çox şadam”.

Xatırladaq ki 35 yaşlı hücumçu , bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version