AUT.AZ

Ksenofobiya ittihamlarına cavab verdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin maliyyə imkanları ilə bağlı dediyi sözlərə görə ona qarşı yönələn ksenofobiya ittihamlarını rədd edib.

Aut.az ESPN-ə istinadən xəbər verir ki, Klopp ifadələrinin bəlli istiqamətdə bilərəkdən yozulduğunu iddia edib:

“Bu, ictimai insanların həyatıdır. İlk dəfə deyil ki, məni səhv başa düşürlər. Bunu deyəndə nə düşündüyümü bilirdim. Amma kimsə səhv başa düşübsə, bax, onda heç nə edə bilmərəm.

Bilirəm ki, ehtiyatlı olmalıyam. Gələcəkdə də bunu etməyə çalışacağam. Mən bildiyimi deyirəm, ya da gördüyüm kimi mühakimə edirəm. Hər şey sualla başladı, mən də cavab verdim, qalanı isə artıq düşünülmüşdü.

Hesab etmirəm ki, digər klublarla dost olmalıyıq. Və düşünmürəm ki, kimsə də bizimlə yaxşı dost olmaq istəyir”.

Aut.az

Exit mobile version