AUT.AZ

Jurnalist idman kompleksinə direktor təyin olundu

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Aut.az xəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə idman jurnalisti Elşən Məmmədova həvalə olunub. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

Elşən Məmmədov 23 ilədək idman mətbuatında – “Şərq” və “Futbol+” qəzetləri, “APA Sport”, “Lent.az” və “Report” agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Exit mobile version