AUT.AZ

Jurnalist FİFA-nı biabır etdi

“Associated Press” agentliyinin avstraliyalı jurnalisti Ben Makkey 2023-cü ildə qadınlar arasında keçiriləcək dünya çempionatının rəsmi talismanının təqdimatında səhv aşkar edib.

Aut.az xəbər verir ki, rəsmi talismanı – Tazunini FİFA bu gün təqdim edib. FİFA-nın təqdimatında vurğulanıb ki, “Eudyptula minor” növündən olan pinqvin ev sahibi ölkələrin sahillərində endemikdir və Avstraliya ilə Yeni Zelandiya arasında birliyi göstərmək üçün seçilib.

Makkey araşdırma aparıb və məluma olub ki, “Eudyptula minor” pinqvinləri Avstraliyanın heç bir yerində yaşamırlar. “Eudyptula” pinqvinlərinin iki növü var: “Eudyptula minor” (kiçik pinqvin), onlar yalnız Yeni Zelandiyada yaşayır. Avstarliya sahillərində yaşayanlar isə “Eudyptula novaehollandiae” (pəri pinqvin) növünə aiddir.

Aut.az

Exit mobile version