AUT.AZ

İkisi də gözünü Zidana dikib

PSJ və “Yuventus” Zinəddin Zidanın xidmətində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Calciomercatoweb” yayıb. Hazırda “Yuventus”da işlər qaydasında getmir. Vəziyyət düzəlməyəcəyi təqdirdə, rəhbərlik baş məşqçi dəyişikliyinə əl ata bilər. Belə olacağı təqdirdə, stavka olunacaq ilk mütəxəssisin Zidan olduğu bildirilir.

PSJ isə Zinəddini hələ keçə yay Parisə dəvət etmək istəyirdi. Amma Poçettinonun istefasından sonra  Kristof Qaltye ilə anlaşdılar. Bildirilir ki, bununla belə, Paris klubunun Zidana marağı azalmayıb. Əgər Qaltye qarşısına qoyulan tələblərə cavab verməsə, Zidanın Parisə gətirilməsi üçün danışıqlara start veriləcək.

Aut.az

 

 

Exit mobile version