AUT.AZ

Evini narkotik anbarı edibmiş

1999-2001-ci illərdə “Liverpul”da çıxış edən Leyton Maksvell 8 il müddətinə azadlıqdan məhrum edilib. Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Polisin araşdırmasından sonra məlum olub ki, 43 yaşlı Maksvellin evindən narkotik anbarı kimi istifadə olunub. Onun mənzilində, ümumilikdə 6 milyon funt sterlinq dəyərində narkotik saxlanılıb.

Hüquq-mühafizə orqanları Maksvellin evindən 60 kq-dan çox kokain və heroin, həmçinin 2,5 milyon funt-sterlinq nağd pul tapıblar.

Prokurorlar Maksvellin kuryer kimi fəaliyyət göstərdiyini və bu xidmətlərə görə ayda 500 funt sterlinq aldığını bildiriblər.

Sabiq futbolçunun həbsi Milli Cinayət Agentliyinin, dəstə liderlərinin istifadə etdiyi şifrəli mesajlaşma xidmətinə müdaxiləsindən sonra baş verib.

Maksvell , Kardif Kral Məhkəməsində, ümumilikdə 80 il həbs cəzasına məhkum edilmiş səkkiz müttəhimdən biridir.

Aut.az

 

Exit mobile version