AUT.AZ

Elnaz əvvəlcə yoxa çıxdı, sonra üzr istədi

İranlı Elnaz Rekabi dırmanma üzrə Asiya çempionatında hicabsız çıxış etməsinin səbəbini açıqlayıb. Aut.az xəbər verir ki, Elnaz sosial şəbəkədə belə yazıb:

“Hamını narahat etdiyinə görə üzr istəyirəm. Yarışa qoşulmaq üçün gözlənilmədən çağırış aldığım üçün həyəcanlandım və hicabım təsadüfən yerə düşdü”.

Qeyd edək ki, Elnazın hicabsız yarışması böyük rezonans doğurmuşdu. Bunun, İranda qadınların hicaba qarşı keçirdikləri etiraza dəstək olduğu bildirilirdi.

BBC-nin məlumatına görə, Tehrana qayıdan idmançını insanlar alqışlarla qarşılayıb, həmçinin “Elnaz qəhrəmandır” şüarı səsləndirilib. Amma sonradan onun yoxa çıxdığı barədə məlumat yayıldı. Görünür, Elnazın sosial şəbəkədə yazdığı üzrxahlıq da bu “yoxaçıxma”nın nəticəsidir.

Aut.az

 

Exit mobile version