AUT.AZ

Dəyiş-düyüş edirlər?

London “Arsenal”ı ilə Turin “Yuventus”u qış transfer pəncərəsində oyunçu mübadiləsi edə bilərlər.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Calciomercato” yayıb. Bildirilir ki, “Yuventus” amerikalı yarımmüdafiəçi Ueston Makkenni “Arsenal”ın yarımmüdafiəçisi Albert Lokonqaya dəyişə bilər.

Mənbənin sözlərinə görə, Turin nəhəngi komandanın baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil olmayan Ueston ilə ayrılmağa hazırdır.

Makkenni bu mövsüm Çempionlar Liqası və A Seriyasında 13 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

22 yaşlı Lokonqa cari mövsüm Premyer Liqa və Avropa Liqasında 9 oyunda meydanda olub və fərqlənə bilməyib.

Aut.az

Exit mobile version