AUT.AZ

Cəmisi 110 gün işlədi

Almaniyanın “Şalke” klubu rəsmi saytında baş məşqçi Frank Kramerin istefaya göndərildiyini açıqlayıb.

Aut.az xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.

O, 2022-ci ilin iyulunda bu posta təyin olunmuşdu. Kramer “Şalke”nin “sükanı arxasında” cəmi 110 gün olub.

Bundesliqanın 10 turundan sonra “Şalke” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb. “Şalke” kubokda da mübarizəni dayandırıb.

Exit mobile version