AUT.AZ

4-ünü “Qızıl top”a çatdırıb, daha 6 futbolçunu isə…

“Real”ın baş məşqçisi Karlo Ançelotti daha bir nailiyyət əldə edib. Aut.az xəbər verir ki, 4 futbolçu məhz Ançelottinin  rəhbərliyi altında çıxış edərkən “Qızıl top” qazanıb. İtalyan mütəxəssis “Qızıl top” alan daha 6 futbolçuya da ayrı-ayrı vaxtlarda rəhbərlik edib.

Onun rəhbərliyi altında ilk dəfə 2004-cü ildə Andrey Şevçenko “Qızıl top”u qazanıb. Həmin vaxt Ançelotti “Milan”ın baş məşqçisi, Şeva isə lideri idi.

2007-ci il, yenə də “Milan”. Bu dəfə “Qızıl top”u Ançelottinin rəhbərliyi altında oynayan Kaka əldə etdi. Sonralar mətbuata verdiyi açıqlamada braziliyalı bildirmişdi ki, Ançelotti karyerasında ən yaxşı məşqçidir.

 

2014-cü ildə Kriştiano Ronaldo Ançelottinin tapşırıqlarına əməl edirdi. Həmin vaxt onlar “Real”da idilər. Portuqal futbolçu 2014-cü ildə 3-cü dəfə “Qızıl top”u qazandı.

Və 2022-ci ildə Kərim Benzema layiq olduğu mükafata qovuşdu. O, ötən mövsüm Ançelottinin rəhəbərliyi altında “Real”da 46 oyunda 44 qol vurub.

Ançelotti “Qızıl top”un daha 6 sahibinə də ayrı-ayrı vaxtlarda göstərişlər verib:

Exit mobile version