AUT.AZ

Yeni müqavilə – Gürcünün məvacibi artırılacaq

“Napoli” Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif etməyi planlaşdırır. Aut.az xəbər verir ki, bu məlumatı “Calciomercatoweb” yayıb.

Məlumata görə, gürcü legionerin oyunu rəhbərliyi tam qane etdiyi üçün onun məvacibinin artırılması nəzərdə tutulub.  Xviça “Napoli”yə 2022-ci ilin yayında Batumi “Dinamo”sundan keçib.

O, yeni komandasında 14 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Aut.az

Exit mobile version