AUT.AZ

Ukraynalı futbolçunun ruslara münasibəti – Qucaqlamaq istəyirəm

Kiyev “Dinamo”sunun və “Rizəspor”un sabiq futbolçusu Nikolay Morozyuk ruslara münasibəti haqda danışıb. Aut.az xəbər verir ki, hazırda Cənubi Kiprdə çıxış edən Morozyuk Viti Kravçenkonun “YouTube” kanalına müsahibəsində belə deyib:

“Hər kəsə eyni münasibət göstərmək lazım deyil. Ruslarla ünsiyyət qurmamaqla bağlı özümə qadağa tətbiq etməmişəm. Bəli, elə vaxtlar olub ki, rusca danışıq eşidəndə narahat olmuşam.

Ancaq sonra bir insanla ünsiyyət qurmağa başlayanda onun mövqeyini eşitdim və dedim: ona qarşı necə aqressiv olum. Onu qucaqlamaq istəyirəm.

Haralı olmağın mənim üçün əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan sənin daxilindəkidir. Əgər sən işıqlı insansansa, səndən niyə qaçmalıyam?”

Aut.az

Exit mobile version