AUT.AZ

Sponsorların ən çox axtardığı idmançılar

“Qızıl top”un beşqat qalibi, “Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sponsorların ən çox marağını cəlb edən idmançıdır. Aut.az xəbər verir ki, “SportsPro”nun versiyasında 2-ci yerdə “Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi Serena Uilyams qərarlaşıb.

PSJ-nin hücumçusu Lionel Messi 5-ci yerdədir. İlk “onluqda” daha 2 futbolçu – Sem Kerr və Aleks Morqan da var.

1.Kriştiano Ronaldo, futbol, 37 yaş.

2.Serena Uilyams, tennis, 41 yaş.

3.Lyuis Hemilton, avtopilot, 37 yaş.

4.Lebron Ceyms, basketbol, 37 yaş.

5.Lionel Messi, futbol, 35 yaş.

6.Naomi Osaka, tennis, 25 yaş.

7.Virat Kohli, kriket, 33 yaş.

8.Aleks Morqan, futbol, 33 yaş.

9.Sem Kerr, futbol, 29 yaş.

10.Tom Bredi, Amerika futbolu, 45 yaş.

 

Exit mobile version