AUT.AZ

Razılaşdılar, pulsuz gəlir

Bilbao “Atletik”inin müdafiəçisi İniqo Martines karyerasını “Barselona”da davam etdirəcək. Aut.az xəbər verir ki, futbolçu  2023-cü ilin yayında “Barsa”ya azad agent kimi qoşulacaq. “Mundo Deportivo” iddia edir ki, bu barədə tərəflər arasında şifahi razılıq əldə edilib.

Kataloniya klubu yay transfer pəncərəsində 31 yaşlı futbolçu üçün 20 milyon avro təklif etsə də, “yox” cavabı almışdı. Bildirilir ki, “Atletik”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Martines  yanvarda “Barselona” ilə ilkin müqavilə imzalayacaq və yayda komandaya qoşulacaq.

Martines 2018-ci ilin yanvarından “Atletik”də çıxış edir. O, dizindən aldığı zədə səbəbindən cari mövsümdə meydana  çıxmayıb.

Aut.az

Exit mobile version