AUT.AZ

Qovurlar – Yerinə 3 namizəd var

“Aston Villa” rəhbərliyi komandanın nəticələrindən narazıdır.

Aut.az xəbər verir ki, funksionerlər çıxış yolunu baş məşqçinin dəyişməsində görürlər. Ona görə də Stiven Cerrardı istefaya göndərmək niyyətindədirlər.

Onun yerinə isə PSJ-in sabiq baş məşqçisi Maurisio Poçettinonu gətirmək istəyirlər. Amma Poçettinonun onlara razılıq verəcəyi haqda qəti fikir söyləmək olmaz. Argentinalı mütəxəssisin iddiaları böyükdür və o, yüksək hədəflər uğrunda mübarizə aparan komandada çalışmaq istəyir.

Ancaq “Aston Villa” rəhbərliyinin  ehtiyat variantı da var. Poçettina “yox” desə, “Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel və ya “Vilyarreal”ın çalışdırıcısı Unai Emeri ilə danışıqlar aparmağı planlaşdırırlar.

“Aston Villa” 10 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version