AUT.AZ

Özünü “Real”da, onu da “Atletiko”da görmür

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun “Atletiko”ya keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Hətta idda olunurdu ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone onunla əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, Simeone məsələyə münasibət bildirib. O, Ronaldo ilə əlaqə saxlamadığını vurğulayıb:

“Mən heç vaxt Kriştiano Ronaldo ilə bu haqda danışmamışam.  Özümü “Real”da məşqçi görmədiyim kimi, Kriştianonu da  “Atletiko”da görmürəm”.

52 yaşlı Simeone “Atletiko”da 2011-ci ilin dekabrından çalışır. Komanda onun rəhbərliyi altında 592 oyun keçirib.

Aut.az

 

Exit mobile version