AUT.AZ

Onu zorlamada ittiham edən qız Qrilişin nömrəsini də istəyib  

Benjamin Mendini zorlamada ittiham edən qız Cek Qrilişin telefon nömrəsini öyrənməyə cəhd göstərib. Xatırladaq ki, 17 yaşlı qız “Mançester Siti”nin müdafiəçisi və onun dostu Lui Saha Matturini bir neçə epizodda zorlamada ittiham edir.

Mendi də, Matturi də ittihamları rədd edirlər. Aut.az xəbər verir ki, məsələ ilə bağlı yeni detallar ortaya çıxıb. Zorakılıq hərəkətlərinin baş verdiyi iddia edilən gecədə “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişin də olduğu daha əvvəl bildirilmişdi. Qız onunla cinsi əlaqədə olmadığını deyib.

Matturinin vəkili bildirib ki, qız Qrilişin telefon nömrəsini əldə etməyə cəhd göstərib. Bununla bağlı onun telefonundakı mesajlardan birini oxuyub:

“Cek Qriliş o qədər seksualdır ki, o, daim mənə baxır və gözəl olduğumu deyirdi. Onunla yatmadım, çünki bu, asan deyildi, amma gələn həftə onlar olan məclisə dəvət aldım”.

 

Bu mesaj cinayətin baş verdiyi iddia edilən vaxtdan bir neçə saat sonra göndərilib. Vəkil qızdan soruşub:

“Bu mesaj sizin o məclisdən sonrakı halınızı göstərmirmi? Axşamı əla keçirtdiniz, elə deyilmi?”

Qız bu suala, “yox, belə deyil” cavabını verib. O bildirib ki, Matturidən Qrilişin nömrəsini ona görə istəyirmiş ki, onun yanında olan qızla əlaqə yaratsın.  Vəkilin qənaətinə görə, qız narahat olub ki, bir gecədə iki kişi ilə cinsi əlaqədə olmasından sevgilisi xəbər tutacaq. Ona görə də, Mendi və Matturini zorlamada ittiham edib.

Aut.az

Exit mobile version