AUT.AZ

Onu fitə basıblar – “Qızıl top”un təqdimatında  

“Qızıl top”un Parisdə keçirilən təqdimat mərasimində qəribə hadisə baş verib. Aut.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe mərasim zamanı fitə basılıb.

Futbolçu qırmızı xalça üzərinə çıxanda azarkeşlərdən narazı fit səsi eşidilib.

Xatırladaq ki, daha əvvəl Mbappenin qış transfer pəncərəsində PSJ-dən ayrılmaq istədiyi bildirilirdi. Onun rəhbərlikdən və klubun baş məşqçisindən narazı olduğu iddia edilirdi.

Lakin sonradan futbolçunun özü PSJ-dən ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Aut.az

Exit mobile version