AUT.AZ

Stadionu söküb təzədən tikəcəklər

İndoneziya hakimiyyəti futbol qarşılaşması zamanı yaranan basabas nəticəsində 130-dan çox insanın həlak olduğu stadionu söküb yenidən tikmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə ölkə prezident Coko Vidodo bildirib:

“Malanqdakı stadionu sökəcəyik və FİFA standartlarına uyğun olaraq yenidən tikəcəyik”.

Xatırladaq ki, oktyabrın 1-də İndoneziyanın Malanq şəhərindəki stadionunda keçirilən futbol qarşılaşmasından sonra iğtişaşlar başlayıb və nəticədə 130-dan çox insan həlak olub.

Daha sonra İndoneziya hakimiyyəti hadisəni araşdırmaq üçün müstəqil qrup yaradıb. Oktyabrın 14-də İndoneziyanın Ədliyyə və təhlükəsizlik üzrə naziri Məhəmməd Mahfud deyib ki, azarkeşlərin ölümünə əsas səbəbi polisin istifadə etdiyi gözyaşardıcı qazdır.

Aut.az

Exit mobile version