AUT.AZ

O qayıdacaq – Xavi fiaskoya uğrasa  

“Barselona” yenidən Luis Enrikeyə həvalə edilə bilər. Aut.az “El Nacional”a istinadən xəbər verir ki, “Barsa” rəhbərliyi Enrike variantını ehtiyat plan kimi nəzərdən keçirir.

Əgər Xavinin işi fiaskoya uğrasa, onda Enrikeyə dəvət göndəriləcək.  52 yaşlı Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.

Onun rəhbərliyi altında “Barselona” 2015-ci ildə Çempionlar Liqası da daxil olmaqla 10 kubok qazanıb.

O, 2018-ci ilin iyul ayından (fasilələrlə) İspaniya millisini çalışdırır və artıq dünya çempionatından sonra postunu tərk edəcəyini bəyan edib.

Aut.az

Exit mobile version