AUT.AZ

Mübahisə ediblər, getmək istəyir

“Yuventus” Turin derbisində “Torino”ya qalib gəlsə də, komandanın düşərgəsində ab-hava qaydasında deyil.

Aut.az xəbər verir ki, “Yuve”nin müdafiəçisi Leonardo Bonuççinin baş məşqçi Massimiliano Alleqri ilə mübahisə etdiyi bildirilir. Belə iddianı jurnalist Culio Mola irəli sürüb.

Onun sözlərinə görə, bu mübahisədən sonra Bonucci komandanı tərk etməyi planlaşdırır. O, “Tottenhem”ə keçmək variantını nəzərdən keçirir. Özü də tezliklə, qış transfer pəncərəsi zamanı.

“Tottenhem”in baş məşqçisi Antono Kontenin də Bonuccinin xidmətində maraqlı olduğu bildirilir.

Aut.az

 

Exit mobile version