AUT.AZ

Mourinyo bir komandada 3 Benzemanı hansı mövqelərdə oynadardı?

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”ın hücumçusu Kərim Benzemanın “Qızıl top”u almasına münasibət bildirib. Xatırladaq ki, Benzema 2010-2013-cü illərdə Mourinyonun rəhbərliyi altında Madrid klubunda çıxış edib. Aut.az xəbər verir ki, Mourinyo Benzemanı komanda üçün çalışan futbolçu kimi xarakterizə edib:

“Kərimin güclü xarakteri var. O, özünü yox, komandanı düşünür, başqalarının daha çox qol vurması üçün çalışır. “Qızıl top” onun peşəkar inkişafının təbii nəticəsidir. Kərimi çalışdırdığım zaman o, özünü axtaran istedadlı futbolçu idi. Onun həmişə ambisiyaları olub.

Benzemanın mümkün qədər tez böyüməsini istəyirdim və ona qarşı sərt davranırdım. Onun inkişafına təsir etdimmi? Bilmirəm, bunu ancaq Kərim deyə bilər”.

Mourinyo bir komandada 3 Benzema olarsa, onların hər birinə mövqe tapılacağını bildirib:

“Benzema potensialının, fiziki və taktiki qabiliyyətlərinin zirvəsində olan fenomenal futbolçudur. Çoxfunksiyalıdır. Böyük komandada 3 Kərim olsaydı, hamısı oynayardı: biri bombardir, biri komandanın lideri olardı, üçüncüsü isə sol cinahda çıxış edərdi”.

Aut.az

Exit mobile version