AUT.AZ

Məşhur futbolçu oyundan əvvəl siqaret çəkdi – Foto

“Roma”nın sabiq futbolçusu Raca Nainqqolan növbəti qalmaqalla gündəmə gəlib. Aut.az xəbər verir ki,  hazırda “Antverpen”də çıxış edən Raca “Standard”la oyundan (0:3) bir neçə dəqiqə öncə ehtiyat oyunçular skamyasında siqaret çəkib.

Onun bu hərəkəti kameralardan yayınmayıb.  Belçikalı futbolçunun fotosu sosial şəbəkələrdə xeyli rezonansa səbəb olub.“Antverpen” rəhbərliyi Nainqqolanın davranışından narazı qalıb. Raca əsas komandadan uzaqlaşdırılıb. İndi futbolçu əvəzedici heyətdə məşq edir.

Xatırladaq ki, oktyabrın əvvəlində Belçika mətbuatında məlumat yayılmışdı ki, Nainqqolan vaxtı keçmiş vəsiqə ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib. Sonradan futbolçu girov müqabilində zaminə buraxılıb.

Aut.az

Exit mobile version