AUT.AZ

Məhkəmədə etiraf: “Neymara 45 milyon verirdik, o isə…”  

MADRID, SPAIN - MAY 25: President Florentino Perez of Real Madrid holds a news conference at the Santiago Bernabeu stadium on May 25, 2015 in Madrid, Spain. Perez announced the club's decision to let go their head coach Carlo Ancelotti. (Photo by Denis Doyle/Getty Images)

“Real”ın prezidenti Florentino Peres Neymarı transfer etmək üçün cəhd göstərdiklərini etiraf edib. Aut.az xəbər verir ki, Bu gün Madrid klubunun prezidenti 2013-cü ildə Neymarın “Santos”dan “Barselona”ya transferi ilə bağlı korrupsiya işi üzrə məhkəmə iclasında şahid qismində danışıb:

 “Neymarla təxminən 10 il əvvəl maraqlanırdıq. Mənə “Real”ın  transfer departamentindən belə dedilər. Neymarla bu haqda danışmamışıq. Onun təzminatının nə qədər olduğunu bilmirəm, amma 2011-ci ildə “Real”ın transfer departamenti Neymar üçün “Santos”a 45 milyon avro təklif etmişdi. Bildiyimə görə, bu, etdiyimiz yeganə təklifdir.

Oyunçular istədikləri yerə gedirlər. Düşünürəm ki, Neymar “Barselona”da oynamaq istəyirdi və buna görə də ora getdi. Biz bir-birimizi tanımırıq, heç vaxt şəxsən görüşməmişik. O cümlədən həmin vaxt “Santos”un vitse-prezidenti vəzifəsini icra edən Odilio Rodrigeslə də”.

Aut.az

Exit mobile version