AUT.AZ

Karyerasını “Real”da bitirəcək, başqa variant yoxdur  

“Qızıl top”un sahibi Kərim Benzema karyerasını hansı klubda bitirəcəyi ilə bağlı qəti qərar verib. Aut.az “Onda Cero”ya istinadən xəbər verir ki, fransız futbolçu karyerasını “Real”da bitirəcək:

“Karyeramı “Real”da bitirəcəyəm. Başqa variant yoxdur”.

Əvvəllər idda olunurdu ki, Kərim Fransaya qayıdıb karyerasını “Lion”da bitirmək niyyətindədir.

Ötən mövsüm fransalı hücumçu İspaniya La Liqasında 32 matçda 27 qol vurub və 12 məhsuldar ötürmə edib. Benzema, həmçinin Çempionlar Liqasının 12 görüşündə 15 qol vurub və iki dəfə tərəfdaşlarına assistentlik edib.Aut.az

Exit mobile version