AUT.AZ

1 dəqiqədə 2 qol

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 8-ci turun görüşləri start götürüb.

Aut.Az xəbər verir ki, turun ilk oyun günündə 4 görüş baş tutub.

Debütant “İmişli” cari mövsümdə ilk xallarını “Zaqatala” üzərində inamlı qələbə ilə qazanıb. “Neftçi”nin əvəzediciləri Şamaxı səfərində 3 xalı 3 cavabsız qolla əldə edib. “Kəpəz-2” “Səbail-2”-ni minimal hesabla üstələyib. “Qaradağ Lökbatan”la “Sumqayıt-2″nin duelində isə qalib müəyyənləşməyib.

Turun qalan oyunları sabah keçiriləcək.

I Divizion 

VIII tur

18 oktyabr 

“İmişli” – “Zaqatala” 3:1
Qollar: Elariz Xəlilli, 40, 70, 89 – Cəlal Cəbrayıllı, 85
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Elmin Süleymanov, Əli Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
Saatlı OİK stadionu, 14:30 (canlı/pfl.az)

“Şamaxı-2” – “Neftçi-2” 0:3
Qollar: 
Həbib İsmayılov, 20, 90+5, İbrahim Novruzov, 90+5
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
Şamaxı şəhər stadionu, 14:30

“Kəpəz-2” – “Səbail-2” 2:1
Qollar: 
Nicat Verdiyev, 82, Əli Səmədov, 90+2 – Elvin Valiyev, 74
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, İslam Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30 (canlı/pfl.az)

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Sevda Nuriyeva, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Lökbatan OİK stadionu, 14:30

Exit mobile version