AUT.AZ

Əhalisi qədər bilet satılıb

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün satılmış biletlərin sayı açıqlanıb. Aut.az yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, mundiala, hələlik 2,89 milyon bilet satılıb.

DÇ-2022-nin matçlarına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və Almaniyadan olan azarkeşlər daha çox maraq göstərib.

Təşkilatçılar azarkeşlərin yerləşdirilməsi üçün otel və yaşayış komplekslərində 30 min əlavə nömrənin ayrılacağını deyib. Çempionat zamanı Qətərdə bir neçə nəfərlik otaqda gecələmənin qiyməti 80 dollardan başlayacaq.

Qeyd edək ki, Qətərin əhalisi 2,8 milyondur. Mundiala da elə təxminən bu qədər bilet satılıb. DÇ-2022 20 noyabr-18 dekabrda keçiriləcək.

Exit mobile version