AUT.AZ

25 min avro cərimə – Türkiyəyə

UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

Aut.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Buna “ay-ulduzlular”ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub. Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Xatırladaq ki, Türkiyə – Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Exit mobile version