AUT.AZ

Salaha tərifdən “don” biçdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 11-ci turunda “Mançester Siti” ilə keçirilən qarşılaşma haqda danışıb. Aut.az xəbər verir ki, alman mütəxəssis Məhəmməd Salahın oyununu da dəyərləndirib:

“Salah müstəsna oyun göstərdi. Sadəcə mükəmməl! Əla, tamamilə yüksək performans. Qol – dünya səviyyəsindədir. Bundan əlavə, Məhəmməd topla əla davranır. O, daim rəqibin qapısını təhdid edirdi, çox çalışdı”.

Qeyd edək ki, “Liverpul” “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu isə Məhəmməd Salah vurub.

Aut.az  

Exit mobile version