AUT.AZ

“Real” azarkeşlərinin istehzası – “Qal, Xavi, qal”

“El klasiko”dan sonra “Real” azarkeşlərinin əhvalı əladır. Fanatlar hələ oyunun gedişində “Barselona”ya “ilişməyə” başlayıblar.

Aut.az xəbər verir ki, onların əsas hədəfi “Barsa”nın baş məşqçisi Xavi olub. “Kral klubu”nun fanatları oyunun gedişində xorla mahnı oxuyublar. Mahnının sözləri isə belə olub: “Qal, Xavi, qal!”

42 yaşlı Xavi 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır.  Onun rəhbərliyi altında komanda La Liqada mövsümü ikinci yerdə başa vurub və Avropa Liqasının 1/4 finalında “Ayntraxt”a məğlub olub.  Cari mövsümdə İspaniya çempionatında 22 xal toplayan “Barselona” 9 turdan sonra 2-ci yerdədir.

Aut.az

Exit mobile version