AUT.AZ

Qvardiolanın qənimi odur

“Liverpul” Premyer Liqanın 11-ci turunda “Mançester Siti”yə qalib gəlib – 1:0. Bu, “şəhərlilər”in mövsümdə ilk məğlubiyyəti olub.

Aut.az xəbər verir ki, “Liverpul”un qələbəsi Yurgen Kloppun “Qvardiolanı ən çox məğlub edən məşqçi” statusunu da möhkəmləndirib.

Ümumilikdə Kloppun Pep üzərində 12 qələbəsi var, ispaniyalı isə almaniyalıya 9 dəfə qalib gəlib.

Başqa heç bir məşqçi Qvardiolanı Klopp qədər məğlub etməyib. Ancaq onu da deyək ki, Qvardioladan alınan 9 məğlubiyyət də Kloppun karyerasında antirekorddur. Onların çalışdırdığı komandalar ümumilikdə 26 dəfə qarşılaşıblar.

Aut.az

Exit mobile version