AUT.AZ

Qətərdə daha bir nəhəng turnir

2023-cü ildə Asiya çempionatı Qətərdə keçiriləcək. Aut.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytında məlumat verilib.

Əvvəllər turnirin Çində keçirilməsi nəzərdə tutulmuşdu, lakin ölkə hakimiyyəti koronavirus məhdudiyyətlərinə görə qitə çempionatını keçirməkdən imtina edib. Asiya Kuboku 2023-cü ildə iyunun 16-da başlamalı idi.

Qətər millisi Asiya kubokunun hazırkı sahibidir. Bu ölkə daha əvvəl 1988 və 2011-ci illərdə turnirə ev sahibliyi edib. Asiya çempionatının oyunları DÇ-2022 üçün tikilmiş stadionlarda keçiriləcək

Aut.az

Exit mobile version