AUT.AZ

Mükafatı Ser Aleks verirsə… – Fotolar

“Mançester Yunayted” – “Nyukasl” qarşılaşmasından əvvəl xüsusi tədbir keçirilib.

Aut.az xəbər verir ki, Kriştiano Ronaldo klub səviyyəsində 700-cü qolunu vurduğu üçün ona mükafat verilib.

Mükafatı isə Ronaldonun püxtələşməsində müstəsna xidmətləri olan Aleks Ferqyuson təqdim edib.

“Mançester Yunayted”in sabiq baş məşqçisi qapıçı David de Xeyaya da mükafat verib. De Xeya “Yunayted”in heyətində 500 oyun keçirib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Nyukasl” oyunu 0:0 hesabı ilə başa çatıb.

 

Aut.az

Exit mobile version