AUT.AZ

Messinin favoritləri Braziliya və…

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatı haqda danışıb. Aut.az xəbər verir ki, Leo mundialın favoritləri hesab etdiyi yığmaların da adlarını açıqlayıb:

“Favoritlərə gəlincə, Braziliya, Almaniya, Fransa, İngiltərə, İspaniya kimi böyük komandalar var. Bəlkə də, bəzilərini unutdum. Ancaq bir və ya iki komandanın adını çəkməli olsam, düşünürəm ki, Braziliya və Fransa deməliyəm. Bu iki yığma dünya çempionu olmağa əsas namizəddirlər”.

35 yaşlı Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, yığmada 164 oyunda 90 qol vurub və 51 məhsuldar ötürmə verib. Leo Argentina yığmasının tarixində ən yaxşı bombardirdir.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Aut.az

Exit mobile version