AUT.AZ

Məsuliyyəti üzərinə götürdü – Mənim günahımdır

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 9-cu turunda “Real”a məğlubiyyəti (1:3) şərh edib.

Aut.az xəbər verir ki, Xavi böyük oyunlarda qalib gəlmək üçün mentaliteti dəyişməli olduqlarını bildirib. O, “el klasiko”dakı məğlubiyyətin məsuliyyətini də öz üzərinə götürüb:

“Hazırda neqativ dönəmdəyik, amma çalışırıq. İnancımız, özümüzə hörmətimiz var. “Real”la görüş liderliyi qorumaq baxımından vacib idi. Amma əliboş  qayıtdıq. Şanslarımız var idi, lakin onlardan yararlana bilmədik, “Real”  isə çox yaxşı müdafiə olundu.

İlk hissədə pis oynadığımızı düşünmürəm. Oyuna nəzarət edirdik. Amma ikinci hissədə rəqib çox yaxşı oynadı, gücümüz çatmırdı. Belə böyük oyunlarda qalib gəlmək istəyiriksə, mentalitetimizi dəyişməliyik. Ləyaqətlə oynadıq, amma bu, kifayət deyil. Oyunçulara barmaq silkələmirəm. Cavabdeh mənəm, bu, mənim günahımdır”.

Aut.az

Exit mobile version