AUT.AZ

Kabus bitdi

“Yuventus”unun yarımmüdafiəçisi Pol Poqba zədəsini sağaldıb. Aut.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun agenti Rafael Pimenta verib. O, “Tuttosport”a açıqlamasında belə deyib:

“Kabus bitdi. Poqba tezliklə “Yuventus”un yeni lideri olacaq”.

Poqba “Yuventus”a yayda azad agent kimi qayıdıb. Onun müqaviləsi 4 illik nəzərdə tutulub.  O, cari mövsümdə meydana çıxmayıb.

Aut.az

Exit mobile version