AUT.AZ

Halandı necə zərərsizləşdirib?

Leicester, United Kingdom - JULY 30 : Manchester City's Erling Haaland and Liverpool's Virgil van Dijk during The FA Community Shield match between Manchester City against Liverpool at King Power Stadium, on 30th July , 2022 at Leicester, United Kingdom. (Photo by Kieran Galvin/DeFodi Images via Getty Images)

“Liverpul”un müdafiəçisi Vircil van Deyk Premyer Liqanın 11-ci turunda “Mançester Siti” üzərində qələbədən (1:0) danışıb. Aut.az xəbər verir ki, Vircil rəqibin norveçli hücumçusu Erlinq Halandı necə dayandırdığı haqda da fikrini bildirib:

“Bunu etmək müdafiəçilərin borcudur. Özü də bunu hər oyunda etməlisən. Azca boşluq versən, bu tip hücumçular səni mütləq cəzalandıracaqlar. Çox yaxşı oynadıq, qapını toxunulmaz saxlamaq və irəliləmək vacib idi. İndi bütün diqqətimizi “Vest Hem”lə oyuna yönəltmişik”.

Van Deyk ilk hissədə daha yaxşı oynadıqlarını vurğulayıb:

“İlk hissədə kifayət qədər yaxşı oynadığımızı düşünürəm. İkinci hissədə çox qol imkanı yaratmadıq. Daha çox müdafiəyə meyilli idik, amma qol imkanlarımız da oldu”.

Aut.az

Exit mobile version