AUT.AZ

Həm özü, həm də yaxınları mat qalıb

Kilian Mbappe PSJ-dən ayrılmaq istədiyi barədə yayılan xəbərləri təkzib edib. Məlumat yayılmışdı ki, PSJ rəhbərliyinin vədləri yerinə yetirməməmsindən inciyən hücumçu komandanı tərk etmək istəyir. Aut.az xəbər verir ki, Kilian bu məlumatın tamamilə yalan olduğunu bildirib:

“Mən burada xoşbəxtəm və komandadan ayrılmaq istədiyimi deməmişəm. Mənim bu məlumatla ümumiyyətlə heç bir əlaqəm yoxdur. Bunu oxuyanda hamı kimi mən də şoka düşdüm. Bundan xəbər tutanda həm mən, həm də yaxınlarım mat qaldı. Sadəcə deyim ki, bu, tamamilə yalandır”.

Aut.az

Exit mobile version