AUT.AZ

Benzema, Kurtua, Qavi – Parisdə mükafatlar onlara veriləcək  

Bu gün Parisdə “Qızıl top”un təqdimetmə mərasimi keçiriləcək.

Aut.az xəbər verir ki, mükafatları alacaq şəxslərin adları mətbuata sızdırılıb. İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qızıl top”un sahibi, eləcə də ilin ən yaxşı qapıçısı və dünyanın ən yaxşı gənc futbolçusu nominasiyasında qaliblərin kimlər olacağını açıqlayıb.

“Qızıl top”un sahibi, gözlənildiyi kimi Fransa millisinin və “Real”ın hücumçusu Kərim Benzema olacaq.

“İlin qapıçısı” nominasiyasının qalibi də “Real”lıdır. Bu mükafat Tibo Kurtuaya veriləcək. “Barselona”nın yarımmüdafiəçisi Qavi isə ilin ən yaxşı gənc futbolçusu seçiləcək. Beləliklə, bütün mükafatlar İspaniyaya aparılacaq.

Aut.az

Exit mobile version