AUT.AZ

8 qol da vursa…

Məhəmməd Salahın “Liverpul”un tarixinə düşmək üçün cəmisi 8 qola ehtiyacı var.

Aut.az xəbər verir ki, Salah “Mançester Siti” ilə qarşılaşmada (1:0) komandasının yeganə qolunu vurub. Bununla da o, Premyer Liqada vurduğu qolların sayını 121-ə çatdırıb.

Misirli futbolçu klub tarixinin ən yaxşı bombardirləri siyahısında 2-ci pilləyə yüksəlib. Salah əfsanəvi kapitan Stiven Serrardı (120 qol) geridə qoyub.

“Liverpul” tarixinin ən yaxşı bombardiri isə Robbi Faulerdir. Onun hesabında 128 qol var. Məhəmməd daha 8 qol vursa Robbini taxtdan salıb, öz adını “Liverpul” tarixinə yazdıracaq. Böyük ehtimalla, Salah bu işin öhdəsindən cari mövsümdə gələcək.

O, bu mövsüm Premyer Liqada 9 oyun keçirib, 3 qol vurub, 3 qol ötürməsi edib.

Aut.az

 

Exit mobile version