AUT.AZ

6 klubun “yaylaq” yeri ABŞ olacaq

İngiltərə Premyer Liqası 2023-cü ilin yayında mövsümöncəsi turniri ABŞ-da keçirməyə hazırlaşır.

Aut.az xəbər verir ki, turnirin yekun formatı hələ müəyyənləşməyib. Lakin okeanın o tayına 6 komanda gedəcək. Onlar iki qrupa bölünərək mübarizə aparacaqlar.

Oyunlar ABŞ-ın şərq və qərb sahillərindəki bir neçə şəhərdə keçiriləcək.

Bu turnir Premyer Liqanın İngiltərədən kənarda matçlar təşkil etməsi baxımından ilk addım olacaq.

Hazırda Premyer Liqaya 10 oyundan 27 xal toplayan “Arsenal” başçılıq edir.

Aut.az

Exit mobile version