AUT.AZ

Tələb- ruslar idmanda olmamalıdırlar

Rusiyanın 200-dən çox ölkənin iştirak edəcəyi Milli Olimpiya Komitələri Assosiasiyasının (AMOC) Baş Assambleyasında iştirakına icazə verilib.

Aut.az xəbər verir ki, bu qərar bir çox ölkələrdə narazılıqla qarşılanıb. Danimarka İdman Federasiyasının (DIF) sədri Hans Natorp da narazı olanlar arasındadır:

“Biz hesab edirik ki, ruslar hər hansı səviyyədə beynəlxalq idmanda olmamalıdırlar. Nə lider, nə siyasətçi, nə də idmançı səviyyəsində. Mən mandatımızdan, söz haqqımızdan əl çəkməyəcəyəm. Bizim orada olmağımız, debatda iştirak etməyimiz və düşündüyümüzü söyləməyimiz vacibdir”.

Natorp, həmçinin bildirib ki, Rusiyanın tədbirdəki çıxışını boykot etmək üçün başqa ölkələrdən olan həmkarları ilə əvvəlcədən razılaşa bilər:

“Necə olacağı hələ aydın deyil, amma biz mümkün qədər çox ölkəni cəlb etməyə çalışırıq. Ola bilsin ki, ruslara danışmaq üçün vaxt verilsə, biz diplomatik boykota əl ataq”.

 Aut.az

Exit mobile version