AUT.AZ

“Sumqayıt”ın möcüzəsi cəmisi 19 dəqiqə çəkdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Hər iki qolun fasilədən sonra vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.

Turun dünən keçirilən oyunlarından birində “Turan Tovuz” “Səbail”i qəbul edib. Oyunda dörd qol vurulsa da, komandalardan heç biri qələbə qazana bilməyib.

10-cu turun mərkəzi oyunu olan “Sabah” – “Zirə” matçı da dünən keçirilib. Bu qarşılaşma həm də Rəşad Sadıqov üçün özünüsübut imtahanı sayılırdı. Belə demək mümkünsə, Sadıqov bu imtahandan “kəsildi”. Yüksək yerlər uğrunda mübarizə aparan komandaların duelində meydan sahibləri minimal hesabla qalib gəldilər və “Sabah” “Qarabağ”a yeganə rəqib bizik” mesajını verdi.

“Neftçi” bu tur Gəncəyə səfər edib. “Ağ-qaralar” qərb səfərindən 2:0 hesablı qələbə ilə ayrılıb. Lider “Qarabağ” isə doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Hesabı qonaqlar açsa da, “Sumqayıt”ın möcüzəsi cəmisi 19 dəqiqə çəkib. Bundan sonra “köhlən atlar” hər şeyi yerbəyer ediblər.

Azərbaycan Premyer Liqası, 10-cu tur

14 oktyabr

Şamaxı – Qəbələ 1:1
Qol: Kamran Quliyev, 75 – Adil Nağıyev, 60-avtoqol.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

15 oktyabr

Turan Tovuz – Səbail 2:2
Qol: Runi Eva, 9-pen, Okebuqvu Henri, 32 – Franko Mazurek, 12. Ağabala Ramazanov, 54.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 33. Eltun Turabov, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa
Baş məşqçi: Mahmud Qurbanov

Sabah – Zirə 1:0
Qol: Emmanuel Apeh, 72.
Qırmızı vərəqə: Coşqun Diniyev, 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
“Bank Respublika Arena”

Sabah:  12. Yusif İmanovz 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxovz 32. Qismət Alıyev (k), 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes
Ehtiyat oyunçular: 22. Nail Alışovz 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 5. Moiz Adileu, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

16 oktyabr

Kəpəz – Neftçi 0:2
Qol: Emin Mahmudov, 17. Kenni Sayef, 82.
Qırmızı vərəqə: Zamiq Əliyev, 62.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Qarabağ – Sumqayıt 3:1
Qol: Ramil Şeydayev, 67; 88-pen. Musa Qurbanlı, 73 – Almir Aqanspahiç, 48.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç.
Baş məşqçi: Samir Abasov.

 

Exit mobile version