AUT.AZ

PSJ Qaltyeni qovur, onu gətirir

Deyəsən, Kristofer Qaltye də PSJ-in ulduzlarını idarə edə bilmədi. Son vaxtlar komandada ab-hava ürəkaçan deyil. Üstəlik PSJ-in oyun keyfiyyəti də rəhbərliyi qane etmir.

Mbappe ətrafında yaranan söz-söhbətdən sonra isə rəhbərlik qəti addım atmağı düşünür. Məlumata görə, Kristofer Qaltye istefaya göndəriləcək.

Onun yerinə namizədin tapıldığı da bildirilir. PSJ rəhbərliyinin üstünlüyü Portuqaliya “Sportinq”inin baş məşqçisi Ruben Amorimə verəcəyi iddia edilir.

Xatırladaq ki, Qaltye bu ilin iyul ayından PSJ-yə rəhbərlik edir.

Aut.az

Exit mobile version